Azay Quliyev: "Ermənistan mina terroru ilə Qarabağdakı bərpa-quruculuq işlərinə mane olmağa çalışır"

"Ermənistan mina terroru ilə Qarabağda gedən bərpa-quruculuq işlərinə mane olmağa çalışır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Azay Quliyev deyib.

"Təkcə 44 günlük Vətən müharibəsi dövründə 301 nəfər mina qurbanına çevrilib. Onlardan 57 nəfəri həyatını itirib. Ermənistan üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur, mina xəritələrini vermir. Mülki əhaliyə qarşı bu cür amansızlığı pisləyirik. Beynəlxalq təşkilatları buna cavabsız qalmamağa çağırırıq".

Poliqon.info