Aİ Özbəkistana xəbərdarlıq etdi, sanksiyalarla hədələdi

Daşkəndə səfər edən Aİ-nin xüsusi elçisi David O'Sallivan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edəcək ölkələrə qarşı müvafiq tədbirlərin görüləcəyini bildirib...

Qərbin sanksiyalarından yan keçmək üçün postsovet ölkələrinin bazarlarını yeni “qovşaqlara” çevirməyə çalışan Rusiyaya iqtisadi dəstəyə görə Avropa İttifaqı Özbəkistan hakimiyyətini sanksiyalarla hədələyib.

Poliqon xəbər verir ki, Aİ-nin xüsusi elçisi David O'Sallivan Daşkəndə səfəri zamanı müvafiq tədbirlərin görüləcəyini bildirib. O, bəyan edib ki, Aİ dünyanın üçüncü ölkələrinin, xüsusən də Özbəkistanın iqtisadiyyatını məhv etmək arzusunda deyil, lakin onlar müvafiq qərar qəbul etməyə hazırdırlar.

Söhbət Aİ-nin Rusiya ixracatına qadağa qoyduğu Avropa istehsalı olan mikroçiplərin və optik avadanlıqların paralel idxalından gedir. Rəsmi şəxs bildirib ki, bu cür ticarət Rusiya hərbi maşınına ukraynalılara qarşı “öldürücü müharibə” aparmağa kömək edir.

"Biz bu siyahıda olan malların Özbəkistan ərazisindən ixracının 126% artdığını müşahidə etdik. Bu, kifayət qədər əhəmiyyətli rəqəmdir", deyə O'Sullivan bildirib.

Poliqon.info