TƏBİB qızılca ilə bağlı valideynlərə xəbərdarlıq edib

Valideynlər uşaqları vaxtında qızılcaya qarşı peyvənd etdirməlidirlər...

Poliqon.info xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Həkim bildirib ki, qızılca yeni xəstəlik deyil:

“Hər kəs bundan məlumatlıdır. Valideynlərə demək istəyirəm ki, buna qarşı peyvənd 1960-cı ildən var və bir yaşına qədər uşaqlara vurulub. Son zamanlar yayılan problemin səbəbi COVİD-19 pandemiyası dövründə rutin vaksinasiya ilə bağlı tibbi əlçatanlığın zəifləməsi ilə bağlı yaranıb”.

Həkim qeyd edib ki, bu xəstəliyə ya yoluxursan, ya da vaksinlə öncədən immunitet qazanırsan.

Poliqon.info