Çavuşoğlu: Türkiyə ilə ABŞ arasında problemlər həll olunmayıb...

Türkiyə diplomatiyasının rəhbəri Ankara ilə Vaşinqton arasındakı münasibətlərdəki vəziyyəti şərh edib...

Türkiyə ilə ABŞ arasında problemlər həll olunmayıb, Vaşinqton ölkədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstəyini davam etdirir.

Poliqon xəbər verir ki, bunu “Hürriyet” qəzetinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Vaşinqtonu Suriyada kürdlərə dəstək verməkdə ittiham edib.

“Biz müttəfiqik, problemlərin həlli üçün strateji mexanizm də işləyib hazırlamışıq. Münasibətlər əvvəlkindən daha stabildir, lakin problemlər həll olunmur. Trampın dövründə hər gün yüksəliş və eniş olurdu. Traçp Tweet atırdı və çaşqınlıq yaradırdı.Eyni vəziyyət yenə də qalmaqdır. Vaşinqtonun PKK-YPG-yə dəstək davam edir...”, deyə Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, ABŞ-da FETÖ-nün hələ də mövcud olması da iki dövlət arasında problemdir.

Poliqon.info