Pistorius: Ukrayna ilin ortasına qədər 80 “Leopard 1” alacaq...

Almaniya artıq Ukraynaya 18 “Leopard 2” və 40 “Marder” piyada döyüş maşını bağışlayıb...

Poliqon xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius İspaniyanın La Vanguardia nəşrinə müsahibəsində 80 “Leopard 1” tankının yayda Ukraynaya çatdırılacağını deyib.

Pistorius vurğulayıb ki, Almaniya “sözünün üstündədir” və Ukraynanı zirehli texnika və digər silahların tədarükü, eləcə də lazımi ehtiyat hissələri və sursatların təcili çatdırılması ilə dəstəkləyir. Pistorius qeyd edir ki, o, şəxsən uğurla və intensiv şəkildə Ukraynaya digər tərəfdaşlardan daha çox dəstək istəyir.

“Hollandiya və Danimarka tankların tədarükünü elan edib. Bizim tərəfimizdən isə “Leopard 1 A5” əsas döyüş tanklarının tədarükü yeni başlayır. Bu, digər Avropa ölkələrin Almaniya ilə birgə təşəbbüsünün nəticəsidir”, deyə Almaniyanın müdafiə naziri bildirib.

Pistoriusun sözlərinə görə, yüzdən çox ukraynalı hərbçinin “Leopard 1” tanklarında təlimi artıq başlayıb.

“İlin ortalarında 80-ə qədər “Leopard 1” əsas döyüş tankının təhvil verilməsinə başlanılacaq”, deyə Pistorius müsahibəsində vurğulayıb.

Poliqon.info