Azərbaycan Qran-prisi: "Formula 2"də sərbəst yürüş başa çatıb - Yenilənib

Əsas yarış aprelin 30-da təşkil olunacaq...

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

45 dəqiqə davam edən mübarizədə "Prema Racing"dən Oliver Bearman bütün rəqiblərini qabaqlayıb.

"Hitech" komandasından İsak Hacar ikinci olub. İlk "üçlüy"ü "Campos Rasing"dən Kuş Maini tamamlayıb.

Qeyd edək ki, bu gün, həmçinin, ikinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.

***

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş start götürüb.

Yarış saat 11:05-də başlayıb.

Qeyd edək ki, bu gün həmçinin ikinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək. Əsas yarış aprelin 30-da təşkil olunacaq.

Poliqon.info