Ukraynaya yardım edən Baş komandan istefaya göndərilib

Macarıstan Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsindən azad edilib. Media bunun Ukraynaya yardımla bağlı olduğunu düşünür...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Macarıstan Müdafiə Qüvvələrinin komandanı general-leytenant Romulos Rusin-Sendi ölkə prezidenti Katalin Novak tərəfindən gözlənilmədən vəzifəsindən azad edilib. Qərar “Magyar Közlöny” rəsmi qəzetində dərc olunub.

Rusin-Sendi 2021-ci ildə Macarıstan ordusunun Baş komandanı təyin edilib. Macar mətbuatın yazdığına görə, onun işdən çıxarılması sürpriz olub.

Mətbuatda belə fikirlər var ki, işdən çıxarılma bu gün Ukraynaya köçürülən Fransa helikopterlərinin Gyor aerodromunda havaya qalxması ilə bağlı videonun dərci ilə bağlı ola bilər.

Aprelin 14-də Politico nəşri Pentaqonun sızdırılmış sənədlərinə istinad edərək bildirib ki, Macarıstan Ukraynaya hərbi yardımın tranziti üçün öz hava məkanını gizli şəkildə aça bilər, Qeyd edək ki, Macar hökuməti açıq şəkildə Kiyevə hər hansı hərbi yardım göstərməkdən imtina edir.

Poliqon.info