Akkuyu AES-in açılış mərasimi keçirilib - Yenilənib, Foto, Video

Qardaş ölkə nüvə enerjisi istehsal edən azsaylı dövlətlərin sırasına qatılıb....

Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasimi baş tutub.

Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin canlı bağlantı ilə qoşulublar.

Dövlət başçılarının çıxışından sonra AES-in təslimat sənədi Türkiyəyə təhvil verilib. Bununla da, qardaş ölkə nüvə enerjisi istehsal edən azsaylı dövlətlərin sırasına qatılıb.

***

Türkiyədə Akkuyu atom elektrik stansiyasının açılış mərasimi başlayıb. Mərasimdə Türkiyənin dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq ekspert və qonaqlar da iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin mərasimə canlı bağlantı ilə qoşulublar.

***

Bu gün saat 13.30-da keçiriləcəyi açıqlanan Akkuyu atom elektrik stansiyasının açılış mərasimi gecikmə ilə saat 16.00-da baş tutacaq.

Bu barədə prezident administrasiyasından xəbər verilib.

Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin tədbirə onlayn qoşulacaqlar.

Qeyd edək ki, bu gün Türkiyənin ilk atom elektrik stansiyası olan Akkuyu AES “nüvə obyekti” statusuna qovuşur.

Birinci blokun istismara verilməsi üçün geri sayımın başladığı layihədə stansiyaya yeni nüvə yanacağının doldurulması ilə daha bir kritik mərhələnin başa çatması gözlənilir.

Ümumdünya Nüvə Assosiasiyasının rəhbəri Sama Bilbao-i-Leon bildirib ki, Akkuyu AES yeni atom elektrik stansiyalarının tikintisi üçün qlobal simvoldur və Türkiyənin enerji təhlükəsizliyini gücləndirəcək.

Yanacaq təhvilindən sonra görüləcək ilkin sınaqlar və hazırlıqlardan sonra ilk aqreqatın işə salınması planlaşdırılır.

Digər üç blokun isə bir il ərzində istismara verilməsi nəzərdə tutulur.

Poliqon.info