Türk futbolçu ispan nəhənginə transfer olunur...

Avropada oynayan türk futbolçu Çağlar Söyüncü klubunu dəyişir...

Poliqon Daily Sabah-a istinadən xəbər verir ki, İngiltərənin “Lester” klubunda çıxış edən türk futbolçu İspaniyaya yollanır. 26 yaşlı müdafiəçi Madrid təmsilçisi “Atletiko”ya keçir.

Söyüncünün gedişi İngiltərə Premyer Liqasının 2015-16 çempionlarının aşağı liqaya düşməmək üçün mübarizə apardığı zamanda baş verir ki, bu da onlar üçün çox böyük məyusluqdur. Söyüncünü ehtiyatda saxlayan “Lester”in baş məşqçisi Brendan Rocers bu yaxınlarda vəzifəsindən azad edilib.

Rocers türkiyəli futbolçunun formada olmadığını desə də, onun mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmaqdan imtina etdiyi üçün heyətdən kənarlaşdırıldığı iddia olunub.

Uğursuzluğa baxmayaraq, ötən mövsümlərdəki çıxışı ilə Avropa nəhənglərinin diqqətini çəkən 26 yaşlı futbolçu Brendan Rocersin gedişindən sonra forma şansı qazanır.

Jurnalist Fabrizio Romano təsdiqləyib ki, türk futbolçu yanvar ayında “Atletiko” ilə razılığa gəlib və mövsümün sonunda rəsmi müqavilə imzalayacaq. O, 2027-ci ilədək anlaşmaya imza atacaq.

Qeyd edək ki, Söyüncü 2016-cı ildə “Altınordu”dan Almaniyanın Bundesliqa komandası “Frayburq”a 7,93 milyon avroya transfer olunub. Bir il sonra isə “Lester” onu 21,1 milyon avroya alıb. Beş illik İngiltərə macərası ərzində 130 matçda forma geyinən Söyüncü bazar dəyərini 45 milyon avroya yüksəldib.

Poliqon.info