Emin Əmrullayev: “Universitet və elmi tədqiqatlar mərkəzləri əlaqəli şəkildə fəaliyyət göstərmir”

“Universitet və elmi tədqiqatlar mərkəzləri əlaqəli şəkildə fəaliyyət göstərmir”.

Poliqon.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, vaxtı ilə bu təhsil müəssisələrinə tədqiqatlar üçün bəlli maliyyə ayrılırdı: "Universitetin strukturu elmi tədqiqat aparmağa imkan vermir. Onlar daha çox tələbə cəlb etməyə istiqamətlənib”.

“Həmçinin ali təhsil müəssisələrində tədqiqatların maliyyələşdirilməsi mexanizmi yoxdur. Elə bir kombinasiya yaratmalıyıq ki, universitetlərin tədqiqat institutları ilə birgə əməkdaşlığı ilə elmi tədqiqatlar yaradılsın. Bəzi təhsili müəssisələrini elmi tədqiqat institutlarına birləşdirməyi düzgün hesab etmirik. Bugünkü layihənin ilkin nəticəsini iyulun 7-də görəcəyik. Sentyabr ayından isə tədqiqat institutlarına maliyyə yönləndirəcəyik.

Bununla da növbəti illərdə institutların inkişafına və universitetlərin elmi-tədqiqatlarının genişlənəcəyini düşünürük. Beləliklə, layihə təqdim edən alimin əməkhaqqısı artacaq, əks halda isə sabit qalacaq", - nazir vurğulayıb.

Poliqon.info