Mark Zükerberq “Meta”dan nə qədər pul qazanıb?

ABŞ-ın “Meta” korporasiyasının gəliri 2023-cü ilin birinci rübündə öyən illə müqayisədə 3% artaraq, analitiklərin gözləntilərini üstələyib...

Poliqon CNBC-yə istinadən xəbər verir ki, hesabat dövründə “Meta”nın gəliri ötən ilin eyni dövründəki 27,9 milyard dollarla müqayisədə 3% artaraq, 28,6 milyard dollar təşkil edib.

Şirkətin birinci rübün maliyyə nəticələri 27,6 milyard dollardan çox olmayan mənfəət proqnozlaşdıran analitiklərin gözləntilərini üstələyib.

Xalis mənfəət əvvəlki ildəki 7,4 milyard dollarla müqayisədə (24 faiz azalaraq) 5,7 milyard dollar təşkil edib. Xalis mənfəət daha çox azalma proqnozlaşdıran analitiklərin gözləntilərini də keçib.

Qeyd edək ki, “Meta”nın sahibi Mark Zükerberqdir.

Poliqon.info