Matvienko: Rusiya parlamentini dünyanın ən demokratik parlamentlərindən biridir...

Federasiya Şurası sədri Rusiya parlamentini dünyanın ən demokratik və effektiv parlamentlərindən biri adlandırıb...

Rusiya Federasiya Şurası sədrinin sözlərinə görə, səmərəlilik üç komponentə əsaslanır ki, onlardan biri də prezident və hökumətlə əməkdaşlıqdır.

Poliqon xəbər verir ki, bunu Valentina Matvienko “Rossiyskaya qazeta”nın saytında dərc olunmuş məqaləsində qeyd edib.

“Açıqlıq, şəffaflıq və qəbul edilən qanunların keyfiyyəti baxımından Rusiya parlamenti bir çox göstəricilərə görə digər ölkələrin parlamentlərini üstələyir və dünyada ən demokratik və səmərəli parlamentlərdən biridir”, deyə Federasiya Şurası sədri yazır.

Matvienko qeyd edib ki, Rusiya Federasiyasının parlamenti “ən gənc” parlamentlərdən biridir, lakin buna baxmayaraq, o, “açıqlıq və şəffaflıq”, eləcə də “qəbul edilən qanunların keyfiyyətinə görə” digər ölkələrin parlamentlərini üstələyir.

“Mən xarici ölkələrdə qanunvericilik orqanlarının fəaliyyəti ilə yaxşı tanışam, mənim müqayisə edəcəyim bir şey var. Beləliklə, mən əminliklə deyə bilərəm ki, Rusiya parlamenti dünyanın ən demokratik və səmərəli parlamentlərindən biridir”, deyə Matviyenkofikrini yekunlaşdırıb.

Poliqon.info