FHN: Ötən sutka 34 yanğına çıxış olub, 5 nəfər xilas edilib

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib...

Ötən sutka ərzində 34 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, həmçinin Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında baş vermiş yanğın zamanı 58 xəstə və 90 nəfər xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info