Volodin Baydenin “cinayətlərini” sadalayıb...

Rusiya Dövlət Dumasının sədri ABŞ prezidentini “Şimal axını”nda terror aktında və “Ukrayna sakinlərinin soyqırımı”nda ittiham edib...

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, “Şimal axını”nda terror aktı və Ukraynada “mülki əhalinin soyqırımı” ABŞ prezidenti Co Baydenin “cinayətləri”dir.

Poliqon xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri özünün Telegram kanalında yazıb.

Parlamentat spikerinin sözlərinə görə, ABŞ-da prezident seçkilərinə il yarımdan çox vaxt qalıb, lakin Amerika dövlət başçısı tələsir və seçkilərdə iştirak edəcəyini bəyan edib. Eyni zamanda, Volodin hesab edir ki, hazırda seçki atmosferi Baydenin xeyrinə deyil: amerikalıların 70%-i onu daha öz liderləri kimi görmək istəmir.

Dövlət Dumasının sədri vurğulayıb ki, keçmiş prezident Donald Trampa qarşı son ittihamları nəzərə alaraq, demək olar ki, Bayden “cinayətlərinə” görə məsuliyyətdən qorxur. Siyasətçinin fikrincə, bundan qaçmaq üçün onun hakimiyyətdə qalması lazımdır.

Ağ Evin hazırkı rəhbərinin “cinayətləri” arasında Volodin bunları sadalayıb: “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində “terror hücumu”nun təşkili, dünyada hərbi bioloji laboratoriyaların yaradılması və “Ukrayna və Rusiyada mülki əhalinin soyqırımı” .

Poliqon.info