III Çarlzın tac qoyma mərasimi - Pekinlə London arasında diplomatik qalmaqal gözlənilir...

Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində Çini vitse-prezident Han Çjen təmsil edərsə, bu, Pekinlə Londonun arasında diplomatik qalmaqala səbəb ola bilər...

Poliqon xəbər verir ki, bu barədə The Daily Telegraph nəşri İngiltərə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbəti bildirib ki, Xarici İşlər Nazirliyi Han Çjenin Londona göndəriləcəyinə demək olar ki, əmindir. Rəsmi dəvət Çin sədri Si Tsinpinə ünvanlanıb. Lakin protokolda nəzərdə tutulub ki, dəvət edilən liderin yerini onun seçdiyi şəxs tuta bilər.

Qeyd edək ki, son beş ildə Çinin Honq-Konqa münasibətdə siyasətinə nəzarət edən Han Çjen zaman-zaman Londonda sərt şəkildə tənqid edilir. O, dəfələrlə Britaniya-Çin münasibətlərinin pisləşməsinə səbəb olub.

“Bu adam beynəlxalq müqavilənin - Çin-Britaniya Birgə Bəyannaməsinin (Hon-Konqun ÇXR-ə verilməsi haqqında 1984-cü il müqaviləsi) - məhv edilməsinə görə məsuliyyət daşıyır. Bu müddət ərzində Honq-Konq hakimiyyəti dinc fəalları təqib edir. Mühafizəkar deputat Tim Louqton deyib ki, tacqoyma mərasimində iştirak etmək üçün Han Zenqi seçmək Böyük Britaniyanın “azadlığı sevən xalqına təhqir” olacaq. Nazirlər Kabinetinin keçmiş üzvü Saymon Klark da onun mərasimdə iştirakına qarşı çıxıb. Bukingem Sarayı mövzu ilə bağlı şərh verməkdən yayınıb”, deyə qəzet bildirib.

Poliqon.info