Vəhşilikləri imanla əsaslandırdı – Çexiya Patriarx Kirilə sanksiya tətbiq edib...

Çexiya Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiya tətbiq edib. Buna səbəb Rusiyanın dini liderinin Ukraynada silahlı təcavüzə ruhani dəstək verməsi olub...

Çexiya Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirill kimi tanınan Vladimir Qundyaevi sanksiyalar siyahısına əlavə edib. Sanksiyalar Qundyaevin ictimai çıxışlarında Rusiyanın Ukraynadakı vəhşiliyinə haqq qazandırmaq üçün imandan istifadə etməsi göstərirlir.

Poliqon xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. Kirillə bağlı məhdudiyyətlər nazir Yan Lipavskinin tövsiyəsi ilə qoyulub.

“Qundyaev məhz ona görə sanksiyalar siyahısındadır ki, Ukraynada rus əsgərləri tərəfindən törədilən vəhşiliklərə bəraət qazandırmaq üçün imandan istifadə edib, bu isə yolverilməzdir. Bu şəxsin ictimai çıxışları açıq mənbələrdə mövcuddur. Sizi əmin edə bilərəm ki, sübutlar paketi yüz səhifədən çoxdur”, deyə Çex diplomatiyasının rəhbəri bildirib.

Məhdudiyyətlər siyahısına ölkəyə giriş qadağası və Çexiyada aktivləri varsa, onların dondurulması daxildir. Maliyyə Nazirliyinin Maliyyə Təhlili Departamenti Qundyayevin vəsaitlərinin Çexiyada mövcudluğunu yoxlayacaq.

“Bu şəxsə qarşı sanksiyalar artıq Böyük Britaniya, Kanada, Litva və Ukrayna kimi ölkələr tərəfindən təsdiqlənib. Bununla belə, biz sanksiyalarla bağlı bütün təklifləri ilk növbədə Aİ səviyyəsində təklif etməyə davam edəcəyik”, deyə Lipavski əlavə edib.

Aprelin 21-də Qundyaev bildirib ki, ruslar Ukraynada Rusiyanın “gələcəyi üçün” vuruşurlar. O, həmçinin Rusiyanın təcavüzkar müharibəsini “müqəddəs iş” adlandırıb.

Aprelin əvvəlində Patriarx varlı rusları Rusiyaya kömək üçün vəsait ayırmağa çağırıb.

Poliqon.info