Afrika Birliyi Sudanda atəşkəsə nail olub...

Sudanda münaqişə tərəfləri Afrika İttifaqının təşəbbüsü ilə atəşkəs əldə edib...

Poliqon xəbə veri ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb. Kanalın yaydığı məlumata görə Sudanda münaqişə tərəfləri Afrika İttifaqının təşəbbüsü ilə atəşkəs barədə razılığa gəliblər.

“Sudandakı münaqişənin hər iki tərəfi Afrika nizamlanması təşəbbüsü ilə razılaşıblar. Bu təşəbbüs tam atəşkəs rejimini nəzərdə tutur”, deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, hazırda Afrika Birliyinə bu il sədrlik edən Komor adalarının prezidenti Azali Assoumani tezliklə Sudanın paytaxtı Xartuma şəxsən səfər etməyi planlaşdırır.

Qeyd edək ki, daha əvvəl verilən məlumatda bildirilirdi ki, Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan Sudan xüsusi təyinatlılarının rəhbəri Məhəmməd Həmdan Daqalo ilə Xartumdan kənarda görüşməyə razılaşıb.

Poliqon.info