Hansı allergik reaksiyalar zamanı antibiotik təyin edilməlidir? - Açıqlama

Amma sırf allergiyanın müalicəsində antibiotikllərə müraciət etmək düzgün deyil...

Allergiya zamanı antibiotik müalicəsinə ehtiyac yoxdur.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda Nazirliyin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova bildirib.

O bildirib ki, xəstə müraciət edəndə əgər allergiya dəridə təzahür edirsə, dermatit formasında müşahidə edilirsə, bura ikincili infeksiya qoşula bilər:

“Bu zaman biz antibiotic müalicəsinə müraciət edə bilərik. Əgər bronxial-asma tutmalarından danışırıqsa, laborator klinik infeskiya varsa, yenə antibiotic istifadə edə bilərik. Amma sırf allergiyanın müalicəsində antibiotikllərə müraciət etmək düzgün deyil”.

Poliqon.info