"Bakcell"dən "Formula 1" yarışlarına bilet!

Müsabiqə 27 aprel saat 12:00-a qədər davam edəcək...    

"Bakcell" şirkəti sosial media istifadəçiləri üçün "Formula 1" Azərbaycan Qran Prisi yarışlarına bilet qazanmaq imkanı təqdim edir.

Şirkətin rəsmi sosial media hesablarında ("Facebook" və "Instagram") elan olunmuş müsabiqədə iştirak etməklə "Formula 1" Azərbaycan Qran Prisini canlı izləmək mümkündür.

Müsabiqə 27 aprel saat 12:00-a qədər davam edəcək.

Qaliblər həm yarışı izələyə, həm də müxtəlif oyun və əyləncələrə qatıla biləcəklər. Daha ətraflı məlumatı "Bakcell" şirkətinin "Facebook" və "Instagram" səhifələrindən əldə etmək olar.

Poliqon.info