Qlobal istiləşmə təhlükəsini aradan qaldırmaq planı iflasa uğrayacaq - SOS

Elm adamları kömürdən imtinanın indiki sürətində bəşəriyyətin sənayedən əvvəlki səviyyədən Paris razılaşması ilə müəyyən edilmiş 2 dərəcə istiləşmə həddini keçəcəyini proqnozlaşdırır...

Poliqon xəbər verir ki, alimlər 2050-ci ilə qədər kömürdən imtina etməyi vəd edən 72 ölkənin planlarını təhlil ediblər. Yeni araşdırma göstərir ki, böyük dəyişikliklər olmadan bəşəriyyət 2,5 və ya 3 dərəcə istiləşməyə yaxınlaşır.

Onlar əmindirlər ki, Çin və Hindistan 5 ildən sonra kömürdən imtina etməyə başlasa, 2 dərəcə istiləşmənin qarşısını almaq olar. Amma bir şərtlə ki, imtina nisbəti Almaniyanın göstəricisini üstələsin və Böyük Britaniya səviyyəsində olsun.

Bu yaxınlarda BMT-nin Baş katibi Antonio Quterreş zəngin ölkələri tullantıları daha tez azaltmağa çağırıb. Onun sözlərinə görə, son yarım əsrdə temperatur artımı 2000-ci ildə ən yüksək göstərici olub. Karbon qazının konsentrasiyası ən azı 2 milyon il ərzində ən yüksək səviyyədədir.

Ötən il mütəxəssislər vurğulamışdılar ki, hazırda planetin xilası üçün göstərilən səylər kifayət deyil. Qlobal istiləşmə təhlükəsini aradan qaldırmaq planı iflasa uğrayacaq.

Poliqon.info