Nabiullina və Novak mayın ortalarında İrana səfər edəcəklər

Rusiya Baş nazirinin müavini Novak və Mərkəzi Bankın rəhbəri Nabiullina mayda İrana səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə çərşənbə axşamı İranın neft nazirinin müavini Əhməd Əsədzadəyə istinadən İRNA Agentliyi məlumat yayıb. Məlumata görə, Rusiya Baş nazirinin müavini Aleksandr Novak və Rusiya Bankının sədri Elvira Nabiullinanın başçılıq etdiyi Rusiya nümayəndə heyəti mayın ortalarında İrana işgüzar səfərə gedəcək.

Rusiya nümayəndə heyəti mayın 17-dən 20-dək keçiriləcək 27-ci İran Beynəlxalq Neft, Qaz və Neft-kimya sərgisini ziyarət edəcək. Səfər çərçivəsində Moskva ilə Tehran arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması planlaşdırılır.

İRNA həmçinin xəbər verir ki, bazar ertəsi Rusiya-İran iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrləri - Baş nazirin müavini Novak və İranın neft naziri Cavad Oudji bir sıra sahələrdə ikitərəfli əməkdaşlığın təfərrüatlarını müzakirə ediblər. Müzakirələr neft-qaz, neft-kimya, bank və nəqliyyat sahələrini əhatə edib.

Poliqon.info