Yaponiyanın Aya enən kosmik gəmisi ilə əlaqə kəsilib

Yaponiyanın “Hakuto-R Mission 1 (M1)” kosmik gəmisi Aya eniş etmək üzrəykən onunla əlaqə kəsilib...

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Biz rabitəni itirdik, ona görə də Ayın səthinə enişi tamamlaya bilməyəcəyimizi düşünməliyik", - Yaponiyanın kosmik “İspace” şirkətinin baş direktoru Takeşi Hakamada deyib.

“Hazırda Tokionun Nihonbaşı şəhərində yerləşən HAKUTO-R Missiyaya Nəzarət Mərkəzi kosmik gəminin uğurunu təsdiq edə bilməyib”, - şirkətin açıqlamasında bildirilir.

Kosmik mühəndislər və Missiya İdarəetmə Mərkəzindəki əməliyyatları mütəxəssisləri hazırda kosmik gəminin hazırkı vəziyyətini təsdiqləmək üçün çalışırlar. “Kosmik gəminin statusu ilə bağlı əlavə məlumat əlçatan olduqdan sonra açıqlanacaq”, - Mərkəzdən bildirilib.

Əgər eniş uğurla başa çatsaydı, “İspace” Aya kosmik gəmi endirən ilk özəl şirkət olacaqdı.

Poliqon.info