Moldova Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayacaq

Moldova hakimiyyəti bu ilin sonuna kimi Avropa İttifaqına (Aİ) daxil olmaq üçün danışıqlara başlayacaq...

APA xəbər verir ki, bu barədə parlamentinin sədri İqor Qrosu Aİ ölkələrinin parlament rəhbərlərinin Praqada keçirilən konfransında deyib.

"Məqsədimiz, Avropa Komissiyasının tövsiyələrini yerinə yetirərək, ölkənin Avropa Birliyinin qanunvericiliyinə və praktikasına yaxınlaşmaq səylərində əldə etdiyi davamlı və əhəmiyyətli irəliləyişin tanınmasına nail olmaqdır. Biz istəyirik ki, komissiya Avropa Şurasına Moldova ilə Aİ-yə daxil olmaq barədə danışıqlara başlamağı tövsiyə etsin. Bizim prioritetimiz 2023-cü ilin sonuna qədər danışıqların başlanması ilə bağlı yekdil qərara nail olmaqdır", - deyə parlamentin mətbuat xidməti bildirib.

Keçən həftə Moldova Xarici İşlər Nazirliyi Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Direktorluğunun rəhbəri Gert-Jan Koopmana Aİ-yə üzvlük danışıqlarının başlanması üçün meyarlara uyğunluq barədə hesabatı təqdim edib.Sənəddə dövlət strukturlarında aparılan islahatlarda əldə olunan nailiyyətlər, həmçinin Brüsseldən keçmiş şərhlərin aradan qaldırılması ilə bağlı məlumatlar var.

Poliqon.info