Aİ Ukraynaya 1,5 milyard avroluq makromaliyyə yardımı ayırıb

İllik makromaliyyə yardımı paketi çərçivəsində Avropa İttifaqı Ukraynaya daha 1,5 milyard avro ayırıb...

Poliqon xəbər verir ki, bu barədə aprelin 25-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen öz Twitter hesabında məlumat verib.

“Biz Ukraynaya Rusiyanın təcavüzünə qarşı durmaqda, onun institutlarının və infrastrukturunun işini dəstəkləməkdə, kritik islahatlar aparmaqda kömək etməyə davam edəcəyik”, deyə Avropa Komissiyasının rəhbəri yazıb.

Qeyd edək ki, Avropa Komissiyası bu il Kiyevə 18 milyard avroya qədər yardım edəcək. Tranş Ukrayna tərəfinə təcili ehtiyacların ödənilməsinə kömək etmək üçün nəzərdə tutulub. Yanvar ayında Aİ Kiyevə 3 milyard avroluq kredit makro-maliyyə yardımı proqramının birinci tranşını köçürüb.

Poliqon.info