Marsın sirri açılır...

Qırmızı planetin nüvəsi Yerin nüvəsindən daha maye və sıxılmışdır...

Alimlər Qırmızı Planetin nüvəsinin nədən ibarət olduğunu müəyyən ediblər.

Poliqon xəbər verir ki, alimlər ilk dəfə olaraq Marsın nüvəsinin nədən ibarət olduğunu müəyyən edə biliblər. Araşdırmanın nəticələri Proceedings of the National Academy of Science jurnalında dərc olunub.

Bildirilir ki, Marsda müntəzəm olaraq baş verən zəlzələlər nüvənin tərkibinin açılmasına kömək edib.

Dörd ildir qırmızı planetin içini izləyən NASA-nın InSight eniş aparatının seysmik məlumatlarına görə, Marsın mərkəzi təəccüblü dərəcədə yüksək miqdarda kükürd və oksigen ehtiva edən maye dəmir ərintisidir.

Bu, elm adamlarına Marsın tarixini və onun Yerdən nə üçün fərqləndiyini daha yaxşı başa düşməyə kömək edə biləcək məlumatdır: bir planet quraq, cansız bir toz topu, digəri isə sulu və bitki örtüyü ilə doludur.

Poliqon.info