Çexiya Prezidenti: Çin Ukraynadakı münaqişənin tezliklə həllində maraqlı deyil...

Çexiya prezidenti Pavel Ukraynadakı müharibənin uzanmasını Çin üçün faydalı adlandırıb...

Poliqon xəbər verir ki, Çexiya prezidenti Petr Pavel Ukraynadakı münaqişəni uzatmağın Çin üçün faydalı olduğuna inanır və əmin olduğunu bildirib. O, Politico nəşrinə müsahibəsində qeyd edib ki, Pekinə vəziyyətin nizamlanması səylərində vasitəçilik etməkdə etimad etmək olmaz.

Xatırladaq ki, Çin hakimiyyəti fevral ayında Ukraynadakı münaqişənin həlli planı təşəbbüsü ilə çıxış edib. Pekinin planı atəşkəs çağırışları, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına hörmət və Ukraynada humanitar böhranın nizamlanması daxil olmaqla 12 bənddən ibarətdir.

Pavel Politico qəzetinə müsahibəsində bildirib ki, status-kvonu saxlamaq Çinin maraqlarına uyğundur, çünki bu, Rusiyanı Pekinin qarşısındabir sıra güzəştlərə sövq edə bilər. Bundan əlavə, Qərbin Ukraynanı dəstəkləməklə bir qədər zəifləyəcəyi ehtimalı da ÇXR-in maraqlarını təmin edir.

Poliqon.info