Donbasda gecə döyüşləri şiddətlənib - Video

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.O bildirib ki, ötən gecə Donetskin Kramatorsk şəhəri səhərə qədər Rusiya Ordusunun fasiləsiz mərmi atəşinə məruz qalıb.

“Baxmut, Avdeyevka, Mariinsk şəhərlərində isə vaqnerçilərin separatçılarla birgə 80-ə yaxın hücumunun qarşısı alınıb”, - deyə jurnalist əlavə edib.

M.Aslanovun sözlərinə görə, Ukraynanın Zaporojye və Xarkov vilayətlərində də vəziyyət gərginləşib:

“Xüsusilə Xarkovun İzyum və Rusiya ilə sərhəd bölgələrinə ötən gecə dayanmadan raket hücumları olub”.

Daha ətraflı Baku TV-nin süjetində:

Poliqon.info