Makronun növbəti uğursuz cəhdi – Vaşinqton Parisə qəzəblidir...

Makronun Ukraynadakı müharibədə Çindən vasitəçi kimi istifadə etmək cəhdləri uğursuzluğa düçar olur...

Çinin Şərqi Avropa ölkələrinin suverenliyi ilə bağlı açıqlamalarından sonra fransızlar yeni zərbə alıb və ABŞ Parisin həssas məsələlərdə sərbəst fəaliyyət göstərməsindən əsəbiləşir.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir.

Çinin Fransadakı səfiri Lu Şailletin vaxtilə Sovet İttifaqının tərkibində olan ölkələrin suverenliyini şübhə altına almasından sonra Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynaya qarşı müharibəsində Çindən diplomatik yardım almaq cəhdləri növbəti zərbəni alıb.

Bloomberg yazır ki, Lunun şərhləri xüsusilə Estoniya, Latviya və Litvada kəskin reaksiyaya səbəb olub. Məsələ ilə yaxından tanış olan mənbələrə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası da Makronun Çinə müraciətinə görə ona qıcıq bildirib.

Nəşrin yazdığına görə, çinli diplomatın bəyanatları Makronun xarici siyasət üzrə müşaviri Emmanuel Bonnet və Çinin xarici işlər naziri Van İ arasında aparılan danışıqlarda Ukrayna və Rusiya arasında gələcək müzakirələr üçün əsas kimi istifadə oluna biləcək struktur yaratmaq istəyinə xələl gətirir.

Məlumatda qeyd edilir ki, Rusiyanın Ukraynadakı müharibəsi gözlənilən yaz əks-hücumuna hazırlaşaraq həlledici məqamdadır. Makronun danışıqlara təkan verməsi ilə Kiyevin öz ərazilərini geri ala biləcəyinə dair şübhələr müttəfiqlərin vahid cəbhəsini təhdid edirdi.

“Makronun Avropa İttifaqının bütün üzvləri ilə əvvəlcədən məsləhətləşmədən belə incə diplomatik əməliyyata əl atmaq cəhdləri müttəfiqlər tərəfindən vaxtından əvvəl və blokun birliyinə xələl gətirə biləcək addım kimi tənqid edilib. Fransa liderinin Ukrayna ilə bağlı hərəkətləri Vaşinqtonda da qəbul olunmayıb”, deyə Bloomberg yazır.

“Çin səfirinin bəyanatları Pekini Ukrayna ilə əməkdaşlığa inandırmaq ümidi ilə Makron üçün növbəti “soyuq duş” oldu”, deyə məqalədə bildirilir.

Nəşr onu da qeyd edir ki, Şərqi Avropanın bir sıra ölkələri Makronun Aİ-yə baxışından, xüsusən də o, strateji muxtariyyət və ABŞ-dan daha az asılılıq iddiasında olanda narazıdır.

Bloomberg mənbələri bildiriblər ki, Ağ Ev Makronun “müttəfiqlərlə məsləhətləşmədən həssas diplomatik məsələdə sərbəst fəaliyyət göstərməsindən” əsəbiləşib.

Poliqon.info