ISW: Rusiya ordusunun əks-hücuma müqavimət göstərməyə hazır olma ehtimalı azdır...

Amerikanın Müharibə Araşdırmaları İnstitutu Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəf etmək şanslarını qiymətləndirib...

Rusiyanın bütün hava-desant qoşunları artıq Ukraynada hücum və ya müdafiə əməliyyatlarında iştirak ediv və Rusiyanın Ukraynanın əks-hücumunu dəf etməsi üçün əhəmiyyətli ehtiyatlara ehtiyacı var...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun son hesabatında bildirilir.

Analitiklər qeyd edirlər ki, Ukraynadakı Rusiya işğalçı qüvvələri mərkəzləşdirilməmiş və böyük ölçüdə deqradasiyaya uğramış birləşmələr daxilində fəaliyyət göstərir və mövcud yerləşdirmə sxemi bölmələrin əksəriyyətinin artıq hücum və ya müdafiə əməliyyatlarında iştirak etdiyini göstərir.

Beləliklə, ISW-nin hesablamalarına görə, Rusiya qoşunları hazırda 7 istiqamətdə fəaliyyət göstərir: Kupyansk; Luqansk bölgəsi; Baxmut; Avdiivka-Donetsk; Donetsk vilayətinin qərb hissəsi/Zaporojye vilayətinin şərq hissəsi; Zaporojye vilayətinin qərb hissəsi; Xerson rayonu.

Göstərilən istiqamətlərdən ən azı 5-də ruslar hücum əməliyyatları (Kupyansk, Luqansk, Baxmut, Avdiivka-Donetsk, qərb Donetsk/Zaporojyenin şərq hissəsi) aparır və əsasən Zaporojye vilayətinin qərb hissəsində və Xerson rayonunun qərbində müdafiə əməliyyatları aparırlar.

ISW-nin hesabatında qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumların keçiriləcəyi vaxtı və yeri müəyyən etməldir. Təhlilçilər bildirirlər ki, Ukrayna ordusu rus komandirlərinin adətən diqqət yetirdiyi hücum sektorlarından daha geniş ərazilərdə əks-hücuma keçəcəklər. Halbuki ruslar, ekspertlərin fikrincə, seçilmiş qrupa deyil, bütün birliklərinə və döyüş hissələrinə güvənməli olacaqlar. Çox güman ki, Rusiya ordusu eyni vaxtda bütün bölmələrinin müdafiə əməliyyatlarını əlaqələndirməli olacaq.

Hesabatda bildirilir ki, cəbhənin mühüm sahələrindəki rus bölmələrinin əksəriyyəti mexanikləşdirilmiş çox briqadalı əks-hücumun müdafiəsində və ya qarşısını almaqda təcrübəsi olmayan səfərbər edilmiş hərbçilər tərəfindən idarə olunur. Beləliklə, onların əks-hücuma müqavimət göstərməyə hazır olma ehtimalı azdır.

Poliqon.info