ABŞ-da bu günlərdə seçki olarsa, seçicilərin 36%-i Trampa, 34%-i isə Baydenə səs verəcək...

Ümumiyyətlə isə Amerikalıllar Bayden və Trampın 2024-cü ildə revanş yarışı keçirməsini istəmir...

Amerikalı seçicilər Bayden və Tramp arasında revanş qarşılaşması perspektivindən heç də məmnun deyillər.

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşri Yahoo və YouGov-un rəy sorğusuna istinadən məlumat yayıb. Rəy sorğusuna əsasən bir çox amerikalılar gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Co Bayden və Donald Tramp arasında revanş qarşılaşması perspektivi ilə bağlı mənfi fikirdədirlər.

Belə ki, rəy sorğusunda amerikalılardan Tramp və Baydenin 2024-cü il seçkilərində müvafiq olaraq Respublikaçılar və Demokratlar arasından namizəd olacaqları düşüncəsində hansı hissləri yaşadıqları soruşulub. Onlardan yorğunluq, qorxu, kədər, ümid, qəzəb, həvəs, qürur və minnətdarlıq variantları arasından seçim etmələri istənilib.

Respondentlərin təqribən 38%-i iki amerikalı siyasətçi arasında revanş görüşünün keçirilməsini düşünərkən özlərini “yorğun” hiss etdiklərini bildiriblər. Sorğu iştirakçılarının təxminən 30%-i “qorxu”, təxminən eyni sayda “kədər”, digər 23%-i qəzəbi hissi yaşayır.

Belə bir potensial yarışdan müsbət emosiyalar keçirənlərin sayı xeyli azdır. Sorğuda iştirak edənlərin 23%-i belə bir perspektivi səbirsizliklə gözlədiklərini, 16%-i ilham aldığını, 8%-i qürur duyduqlarını, 7%-i isə minnətdar olduqlarını bildiriblər. Respondentlərə bir neçə cavab seçməyə icazə verilib.

Onlara həmçinin Demokrat Partiyasının Baydeni, Respublikaçılar Partiyasının isə Trampı iki namizəddən hansına səs verəcəyini irəli sürdüyü soruşulub. Sorğuda iştirak edən amerikalıların əksəriyyəti (36%) Trampa, 34%-i Baydenə səs verəcəklərini bildirib. Respondentlərin qalan hissəsi isə ümumiyyətlə səs verməyəcəklərini və ya hansı siyasətçiyə üstünlük verəcəyini bilmədiklərini bildiriblər.

Həmçinin sorğu zamanı respondentlərdən Baydenin prezident kimi fəaliyyətini necə qiymətləndirdikləri soruşulub və respondentlərin 50%-i “qətiyyətlə razı deyiləm”, 44%-i isə “qəti şəkildə razıyam” cavabını verib. Digər 6% isə bu suala cavab verə bilməyib.

Respondentlərə ümumilikdə Amerikadakı vəziyyətlə bağlı da sual verilib və sorğu iştirakçılarının 58%-i ABŞ-ın yanlış istiqamətdə getdiyini düşünür, 29%-i isə ümumiyyətlə Vaşinqtonun düzgün istiqamətdə siyasət yürütdüyünü bildirib. Digər 13% isə məsələ ilə bağlı fikirlərinin olmadığını qeyd edib.

Sorğu aprelin 14-dən aprelin 17-dək 1530 amerikalı böyüklər arasında aparılıb.

Poliqon.info