Keniyada sekta cinayəti - Oruc tutun, “İsa ilə görüşəsəcksiniz” dedi və onlarla insanı öldürdü...

Keniyada bir sekta lideri keşiş insanlara “İsa ilə görüşəcəklərini” vəd edərək onlarla insanı acından öldürüb...

Keniyada Xristian sektasının “Beynəlxalq Xoş Xəbər Kilsəsi”nin lideri Pol Makkenzi Ntenge möminlərə “İsa ilə görüşmək” üçün oruc tutmağı əmr edib və nəticədə onlarlarla insan acından ölüb.

Poliqon xəbər verir ki, bu barıdə BBC məlumat yayıb.

Keşiş aprelin 15-də aclıqdan ölən 4 nəfərin cəsədi aşkar edilən zaman həbs edilib. Sonradan vaizin qurbanlarının daha çox olduğu ortaya çıxıb.

Araşdırma zamanı məlum oldu ki, keşiş İsa ilə görüşmək istəyən möminləri buna aclıqdan ölməklə nail ola biləcəyinə inandırıb. Orucdan əvvəl vaiz qurbanlarını gölməçədə xaç suyuna çıkib.

Ümumilikdə, araşdırma çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları 21 insan cəsədini eksqumasiya edib. Qurbanlar arasında qadınlar və uşaqlar da var. KİV-in məlumatına görə, qəbirlərdən birində bütöv bir ailənin cəsədi tapılıb - valideynlər və onların üç övladı.

Eyni zamanda, Makkenzinin ardıcıllarının əksəriyyəti dini inanclarına görə hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənirlər. Keşiş günahını inkar etsə də, kilsəsinin 2019-cu ildən bəri fəaliyyət göstərmədiyini əsas gətirərək, nəzarətə götürülüb.

İstintaq keşişin bütün qurbanlarının aclıqdan ölüb-ölmədiyini öyrənir.

Poliqon.info