Bolqarıstan gimnastı Bakıda qızıl medal qazandı

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına "AGF Trophy" kuboku təqdim olunacaq...

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında halqa ilə hərəkətlərdə Bolqarıstan təmsilçisi Stiliana Nikolova qızıl medal qazanıb.

Poliqon.info Trend-ə istinadən xəbər verir ki, idmançının çıxışı 34,650 xalla qiymətləndirilib.

İtaliyalı Sofia Raffaeli (34,400) ikinci, Bolqarıstanın digər gimnastı Eva Brezalieva (33,550 xal) isə üçüncü pillədə qərarlaşıblar.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına "AGF Trophy" kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Poliqon.info