Azərbaycanın qrup hərəkətləri komandası Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya Kuboku aprelin 23-də başa çatacaq...

Bədii gimnastika üzrə Azərbaycan millisi Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

“Report”un məlumatına görə, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup komandası çoxnövçülük proqramında üçüncü yeri tutub.

Qeyd edək ki, Dünya Kuboku aprelin 23-də başa çatacaq.

Poliqon.info