Qazaxıstan Rusiyadan kənar neft ixracını 6 dəfə artırıb...

Lakin Astana hələ də Rusiya infrastrukturundan asılı olaraq qalır...

Rusiyadan asılılığını azaltmağa çalışan Qazaxıstan birinci rübdə Aktau-Bakı dəniz marşrutu ilə 163,4 min ton neft ixrac edib ki, bu da bir il əvvəlkindən altı dəfə çoxdur,

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Refinitiv məlumatlarına və sənaye mənbələrinə istinadən bu barədə məlumat yayıb. Həmçinin “Kazmortransflot” bildirib ki, 2023-cü ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə daha 104 min ton neft göndərilib.

Xəbərdə qeyd edilir ki, Qazaxıstan neftinin təxminən 80%-i Rusiyadan keçir. Eyni zamanda, qara qızılın Xəzərdən daşınması cəhdi kifayət qədər baha başa gəlir. Daşımaların həcmini artırmaq və maya dəyərini azaltmaq üçün böyük investisiyalara, həmçinin Aktau limanının genişləndirilməsinə, BTC-nin modernləşdirilməsinə ehtiyac var. Rusiya şirkətləri ilə uzunmüddətli müqavilələr isə “al və ya ödə” sxeminə əsasən işləyir, ona görə də indi marşrutla böyük həcmdə nefti yönləndirmək sərfəli deyil.

Poliqon.info