Laçın-Xankəndi yolundakı aksiya 132 gündür davam edir...

Ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir...

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq, ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər.

Bu gün də aksiya Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 132 gündür davam edir.

Poliqon.info