Paşinyan: Erməni kilsəsinin Allahla münasibətlərində problem var...

Ermənistanın Baş naziri Erməni Katolikos Kilsəsinin onun hakimiyyətinə qarşı çıxmasını din xadimlərinin Allahın iradəsinə qarşı çıxması kimi dəyərləndirib...
“Əgər kilsənin hakimiyyətlə münasibətləri pisdirsə, demək ki, kilsənin Allahla münasibətlərində problem var”.

Poliqon erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri hakimiyyətlə ermənikilsəsi arasında münasibətlərin pis olması ilə bağlı iddiaları şərh edərkən deyib.

Ermənistanın Baş naziri qeyd edib ki, əgər kimsə kilsənin hökumətlə münasibətlərinin pis olduğuna inanırsa, bu, xristian nəzəriyyəsinə görə, kilsənin Allahla əlaqəsinin pis olmasından xəbər verir.

Paşinyan sözlərinin isbatı üçün “İncil”dən həvari Pavelin “Romalılara müraciət”indən sitat gətirib:

“Qoy hər bir nəfs ali hakimiyyətə tabe olsun, çünki Allahdan başqa heç bir güc yoxdur; mövcud hakimiyyətləri Allah təyin edir. Deməli, hakimiyyətə qarşı çıxan, Allahın hökmünə qarşı çıxır. Özünə qarşı çıxanlar isə özlərinə qınaq gətirəcəklər”.

Poliqon.info