FHN Şəmkirdə baş verən yanğınla bağlı məlumat yayıb - Yenilənib

Şəmkir şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb...

Poliqon.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

31 yaşlı Seyfəddin Bayramov sərxoş vəziyyətdə yaşadığı evdə yanğın törədib.

Dərhal əraziə FHN Şəmkir Rayon Dövlət Yağından mühafizə hissəinin əməkdaşları cəlb olunub.

31 yaşlı kişi FHN əməkdaşları tərəfindən xilas edilib.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

S.Bayramov sərxoş halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info