Fazil Mustafadan xəbər var

Fazil Mustafanın yaralarının tikişləri sökülüb...

Milli Məclisin deputatı Fazil Mustafanın yaralarının tikişləri sökülüb.

"Report"un xəbərinə görə, bu barədə deputat özü məlumat verib.

O, son otuz ildə ilk dəfə Ramazan ayında oruc tuta bilmədiyini qeyd edib:

"Namazı məhdud şərtlərlə də olsa bərpa etdim, lakin müalicə prosedurasına tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermədi. Sevindirici odur ki, bu gün yaralarımın tikişləri söküldü və hər hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağımda reabilitasiyaya başlaya bilərəm. Dörd həftə sonra çiyin nahiyəsində də bu prosesi başlamaq nəzərdə tutulur. Hər şey əvvəlkindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyük, inamlıyıq".

Poliqon.info