Zelenski bu gün Meksika Konqresində çıxış edəcək

Çıxış günorta saatlarında baş tutmalıdır...

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Meksika Konqresində videobağlantı vasitəsilə çıxış edəcək.

Bu barədə Meksika mənbələri məlumat veriblər.

Məlumata görə, çıxış günorta saatlarında baş tutmalıdır. Zelenskinin Konqresin aşağı palatasına müraciəti Meksika və Ukrayna arasında Konqresin Dostluq Qrupunun dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Almaniya prezidenti və ABŞ-nin Meksikadakı səfiri daha əvvəl Meksika hökumətini Rusiyaya qarşı Ukraynanın tərəfində olmağa razı salmağa çalışıblar. Ukraynadakı müharibə ilə bağlı Meksikada ictimai rəyi dəyişmək cəhdləri isə konqresdə bəzi mübahisələrə səbəb olub.

poliqon.info