Rusiyada gözlənilməz istefa - Admiral vəzifədən getdi

Rusiya Sakit Okean Donanmasının komandanı admiral Sergey Avakyants vəzifəsindən istefa verib...

Poliqon xəbər verir ki, bu barədə “Kommersant” nəşri prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnevə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Avakyants vəzifədən getdikdən sonra Rusiyanın “hərbi idman hazırlığı” və “vətənpərvərlik tərbiyəsi” mərkəzlərinə rəhbərlik edən qərargahın rəhbəri təyin olunacaq.

Sakit Okean Donanmasının mətbuat xidməti hələlik komandirinin işdən çıxarılması ilə bağlı şərh verməyib.

Avakyants 2012-ci ilin mayında Sakit Okean Donanmasının komandiri təyin edilib. O, hərbi xidmətinə görə bir sıra Rusiya mükafatlarına layiq görülüb.

Aprelin 14-də məlum olub ki, Rusiya Sakit Okean Donanmasında müdafiə naziri Sergey Şoyqunun əmri ilə gözlənilməz yoxlama aparılıb. Nəticəsə tam heyətlə xəbərdarlıq edilib və ən yüksək döyüş hazırlığına gətirilib.

Bundan sonra Rusiya prezidenti Vladimir Putin Şoyquya donanmanın inkişafı üzərində işi davam etdirməyi, həmçinin yeni yoxlamalar hazırlamaq barədə düşünməyi tapşırıb.

Aprelin 15-də Rusiya Müdafiə Nazirliyi Sakit Okean Donanmasının döyüş hazırlığının qəfil yoxlanılmasının görüntülərini dərc edib.

Poliqon.info