ABŞ Ukraynaya 325 milyon dollarlıq hərbi yardım paketi ayırıb

Prezident Bayden Ukraynaya 325 milyon dollarlıq hərbi yardım paketi ilə bağlı sərəncam imzalayıb...

Bayden Adminstrasiyası Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edib.

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Baydenin Ağ Evin rəsmi saytında dərc olunmuş fərmanında deyilir.

Sənəddə qeyd olunur ki, ayrılan məbləğ müdafiə təyinatlı məmulatların alınmasına, eləcə də Ukrayna hərbçilərinin ondan istifadəyə hazırlığına sərf olunacaq.

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre bu gün keçirdiyi brifinnqdə bildirmişdi ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə “təchiz edilən HIMARS üçün reaktiv raket sistemləri və artilleriya mərmiləri daxil olacaq”.

Poliqon.info