Bayden Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb

Bayden Ukraynaya yeni hərbi yardım paketi ayırıb...

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Buraya HIMARS reaktiv yaylım atəşi sistemləri üçün sursat daxildir.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, yeni yardımın elanı Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyinin nümayəndələrindən gələcək.

Bu, fövqəladə vəziyyət hesab olunacaq və Konqresin razılığı olmadan mal və xidmətlərin köçürülməsinə icazə verəcək.

Poliqon.info