Dünən parlamentdə sülhdən və kompromisdən danışan Paşinyan nə demək istədi?..

Erməniastanın Baş naziri Paşinyan dünən parlamentdə çıxşında Azərbaycan-Ermənistan münasibətlərindən, sülh prosesindən və kompromislərdən danışıb...

Politoloq: “Mən açıqcası, Paşinyanın çıxışında prosesin donuq nöqtədən tərpənməsi ilə bağlı bir mesaj görmədim”.

“Paşinyan Qarabağ məsələsinin olduğunu bildirməklə və millətlərin müqəddaratını təyin edilməsi məsələsini deməklə yenə də sülhdən qaçdı”.

Bu sözləri politoloq Oktay Qasımov Ermənistanın baş nazirinin bu gün Azərbaycana verdiyi mesajları Poliqon-a şərh edərkən qeyd edib.

Erməniastanın Baş naziri Paşinyan dünən parlamentdə çıxşında Azərbaycan-Ermənistan münasibətlərindən, sülh prosesindən və kompromislərdən danışıb. Ümumilikdə, Paşinyanın bu günkü çıxışını necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı politoloq Oktay Qasımovun fikirlərini öyrənib.

Oktay Qasımov: “Paşinyan Qarabağ məsələsinin olduğunu bildirməklə və millətlərin müqəddaratını təyin edilməsi məsələsini deməklə yenə də sülhdən qaçdı”.

Paşinyanın bölgə ölkələri ilə olan münasibətlərindən danışdığını xatırladan politoloq Ermənistanın Baş nazirinin İranla, Gürcüstanla yaxşı münasibətlərdə olduqlarını, Azərbaycan və Türkiyə ilə bağlı məsələlərin hələ qaldığını və sülhün bərqərar olunmasının vacibliyini qeyd etdiyini vurğuladı:

“Paşinyanın bu günkü çıxışı ənənəvi bir çıxışdır. Ermənistanın Baş nazirinin çıxışında xüsusi bir yenilik görmədim. Sadəcə olaraq Paşinyan çıxışında bir neçə diqqətçəkən məqamlara toxundu. Bunlar Azərbaycanla hərbi sahədə balansı yaratmaq, ərazi bütövlüyümüzün guya Ermənistan tərəfindən tanınmasının bəyan edilməsidir. Eyni zamanda Paşinyan bildirdi ki, Azərbaycan 29800 kvadrat kilometrdə Ermənistanın ərazi bütövlüyünü tanıyarsa, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Amma Paşinyan Qarabağ məsələsinin olduğunu bildirməklə və millətlərin müqəddaratını təyin edilməsi məsələsini deməklə yenə də sülhdən qaçdı. Ermənistanın Baş naziri Azərbaycanın eyforiyada olduğunu dedi. Mən açıqcası, Paşinyanın çıxışında prosesin donuq nöqtədən tərpənməsi ilə bağlı bir mesaj görmədim.

Oktay Qasımov: “Biz erməni cəmiyyətinin psixoloji durumunu və həm də ideologiyalarını çox gözəl bildiyimizə görə deyə bilərik ki, bu cəmiyyət hansısa bir kompromislərin, hansısa bir normal münasibətlərin qurulmasına hələ hazır deyil”.

Eyni zamanda Paşinyan bölgə ölkələri ilə olan münasibətlərindən danışdı. İranla, Gürcüstanla yaxşı münasibətlərdə olduqlarını, Azərbaycan və Türkiyə ilə bağlı məsələlərin hələ qaldığını və sülhün bərqərar olunmasının vacibliyini qeyd etdi. Amma konkret təklif və hərəkət yoxdur. Bu baxımdan mən xüsusi ciddi irəliyə atılacaq addım görmədim.

Xüsusilə, Paşinyan Qarabağ məsələsi ilə bağlı danışanda qeyd etdi ki, elə sülh müqaviləsi bağlanmalıdır ki, o cəmiyyət tərəfindən də qəbul olunsun, razılıqla qarşılansın. Biz erməni cəmiyyətinin psixoloji durumunu və həm də ideologiyalarını çox gözəl bildiyimizə görə deyə bilərik ki, bu cəmiyyət hansısa bir kompromislərin, hansısa bir normal münasibətlərin qurulmasına hələ hazır deyil”.

Nərminə UMUDLU Poliqon.info