Britaniya Ukraynaya 14 “Challenger 2” tankı göndərib - Foto

Böyük Britaniya Ukraynaya 14 ədəd “Challenger 2” tankı göndərib..

APA-nın Britaniya bürosu xəbər verir ki, bubarədə Birləşmiş Krallığın Silahlı Qüvvələri özünün Tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, britaniyalı təlimatçılar ukraynalı hərbçilərə bu tankları idarə etmək və onlardan döyüş meydanında istifadə üçün təlim keçiblər.

Poliqon.info