Sumqayıtda yolu keçmək istəyən 3 nəfəri avtomobil vurub

Faktla bağlı araşdırma aparılır...

Sumqayıtda yolu keçmək istəyən 3 nəfəri avtomobil vurub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Biri kişi, ikisi qadın olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Kişinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info