Bakıda yaşayış olan bina sökülür - Video

Binadakı 150 ailədən 130-u artıq köçürülüb...

Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binada özəl şirkətlərdən biri söküntü işləri aparır.

Sakinlərin əksəriyyətinin hələ də burada yaşamasına baxmayaraq, tikinti şirkəti heç nəyə əhəmiyyət vermədən söküntü işlərini davam etdirir. Bu da, təbii olaraq, onların etirazına səbəb olub.

Binada söküntü işlərini həyata keçirən Mənzil Tikinti Kooperativinin nümayəndəsi Zaur Rəsulzadə məsələ ilə bağlı Baku TV-yə açıqlama verib. O da öz növbəsində sakinlərdən şikayətlənib.

Z.Rəsulzadənin sözlərinə görə, binadakı 150 ailədən 130-u artıq köçürülüb və bunun qarşılığında onlara müəyyən kompensasiya da verilib. Digər 20 ailə isə təklif edilən məbləğlə razı olmadığından binanı tərk etmək istəmir.“Sahəsi 120 kvadratmetr olan evə bir milyon pul istəyirlər. Onlar tikinti işlərinə mane olmaq istəyirlər”, - deyə o əlavə edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Poliqon.info