Tunar Sadıkzadə "Qarabağ"da - Foto

Tunar Sadıkzadə "Gənclik" İdman Klubunda Vasif Rzayev və Orxan Zərbəliyevin yetirməsidir...

"Qarabağ" klubu akademiyasına daha bir istedadlı futbolçu cəlb edib.

Qaynarinfo xəbər verir ki, Ağdam klubu Sadıkzadə Tunar Samir oğlunu heyətinə qatıb.

2012-ci il təvəllüdlü futbolçu "Qarabağ"ın U-11 komandasında çıxış edəcək. Ötən gün Tunarla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tunar Sadıkzadə "Gənclik" İdman Klubunda Vasif Rzayev və Orxan Zərbəliyevin yetirməsidir.

Poliqon.info