Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib

V.Putin hərbçilərlə müşavirə keçirib...

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib, “Dnepr” qoşun qruplaşmasının qərargahında olub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı aprelin 18-də Rusiya Prezidentin Mətbuat xidməti yayıb.

V.Putin hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskiyin və başqa hərbi rəislərin məruzələrini dinləyib.

Bu, V.Putinin Ukraynanın Xerson vilayətində keçirdiyi ilk müşavirədir.

O, martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində olub.

Poliqon.info