Ukrayna ordusunu əks-hücumu zamanlı nələr gözləyir?..

Ukrayna Silahlı Qüvvələr əks hücumda yaxşı düşünülmüş mühəndis istehkamları ilə qarşılaşacaq...

Poliqon xəbər verir ki, İspaniyanın El Pais qəzeti Ukrayna ordusunun gözlənilən əks-hücumundan əvvəl hərbi ekspertlərlə müsahibə götürüb. Onlar belə bir fikir bildiriblər ki, Ukrayna qüvvələri Rusiya Silahlı Qüvvələrinin çox mürəkkəb müdafiə sistemi, o cümlədən düşünülmüş mühəndis istehkamları ilə üzləşəcək.

Məqalədə qeyd olunur ki, birləşmiş hücumu planlaşdırmaq və həyata keçirmək çox çətin və məsuliyyətli işdir. Çünki Ukrayna hərbçiləri tank xəndəklərindən, minalardan və səngərlərdən gələn maneələrlə möhkəmləndirilmiş xətti keçməli olacaqlar.

Hərbi ekspertlər bildirirlər ki, Rusiya Avropada 80 ildir tikilməyən mühəndis istehkamları qurub. Onların fikrincə, Ukrayna Silahlı Qüvvələrinin uğuru üçün Rusiyadan üç dəfə üstün olan qüvvələri cəmləşdirmək lazımdır.

Mütəxəssislərdən biri Ukrayna qüvvələrinin əks-hücum zamanı itkilərini böyük olacağını bildirib.

Poliqon.info