Konqresinin spikeri ABŞ-ın dövlət borcunu “saatlı bomba” adlandırıb

ABŞ Konqresinin spikeri MakKarti ölkənin dövləti borcunu “saatı işə düşən bomba" olaraq dəyərləndirib…

“Hazırda Vaşinqtonun dövlət borcu saatı işə düşən bombaya çevrilib”.

Poliqon xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti deyib.

Nyu-York Birjasında çıxış edən Makkarti açıq şəkildə bildirib ki, ABŞ prezidenti Co Bayden ABŞ dövlət borcu ilə bağlı mövcud problemi həll etmək üçün heç bir iş görməyib.

Respublikaçılar Partiyasını təmsil edən siyasətçinin fikrincə, bu vəziyyət “məsuliyyətli fəaliyyətin” olmaması səbəbindən yaranıb. Spiker hesab edir ki, ABŞ administrasiyası dövlət borcunun azaldılması üçün heç bir ciddi addım atmır.

Poliqon.info